Ölkə 23:02 21.09.2018

Azərbaycanda bu məhsullar bahalaşmaqda davam edir

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, sentyabrın 21-də qızılın qiyməti sentyabrın 20-i ilə müqayisədə 6,4515 manat artaraq 1 unsiya üçün 2056,014 manat təşkil edib.

Gümüş 0,0974 manat bahalaşaraq 1 unsiyası üçün 24,454 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 18,6915 manat artaraq 1421,693 manat, palladiumun qiyməti isə 22,865 manat artaraq 1790,695 manat təşkil edib.