Ekonomiks 23:35 27.11.2018

Azərbaycanda bu məhsullar ucuzlaşır

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, noyabrın 27-də qızılın qiyməti noyabrın 26-ı ilə müqayisədə 10,9055 manat azalaraq 1 unsiya üçün 2077,349 manat təşkil edib.

Gümüş 0,4481 manat ucuzlaşaraq 1 unsiya üçün 24,2114 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 7,718 manat azalaraq 1433,1 manat, palladiumun qiyməti isə 11,1095 manat azalaraq 1952,0505 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.