Ölkə 22:37 23.02.2018

Azərbaycanda bu sahələrdə artıma nail olunub

2018-ci ilin yanvarında Azərbaycanda tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər 31,5 milyon manat həcmində məhsul istehsal edib ki, bu da 2017-cı ilin yanvar ayı ilə müqayisədə 22,2 faiz çoxdur.

Qaynarinfo "Trend”ə istinadən xəbər verir ki, bu barədə 2018-ci ilin yanvar ayının yekunları ilə bağlı hesabatda deyilir.

Qeyd olunur ki, ötən ay Azərbaycanda 173,8 min ton sement (2017-cı ilin yanvar ayı ilə müqayisədə 28,2 faiz artım), 3,34 min ton tikinti əhəngi (33,1 faiz artım), 2,8 min ton asfalt (8,2 faiz artım), 22,7 min kubmetr kərpic (2,4 dəfə artım), 78 min ton hazır beton qarışığı (6 dəfə artım) istehsal olunub.