Ölkə 12:41 23.02.2018

Azərbaycanda böyük əfv sərəncamı gözlənilir

"Yaxın zamanlarda böyük əfv sərəncamının imzalanması gözlənilir".

Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Spike bildirib ki, əfv sərəncamının imzalanması prezident İlham Əliyevin səlahiyyətindədir: 
 
"Bununla bağlı hazırda ciddi işlər gedir. Düzdür, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir, amma deyə bilərəm ki, bu yaxınlarda böyük əfv sərəncamı gözlənilir".