Azərbaycanda daha bir sayt açıldı - Tehsilpress.az

Azərbaycanda daha bir sayt açıldı - Tehsilpress.az

Gənc şair Elşad Barat yeni sayt təsis edib.

Bu haqda Qaynarinfo-ya Elşad Barat özü məlumat verib.

Yaratdığı saytın Tehsilpress.az adlanacağını deyən təsisçi təhsillə bağlı medaiada bir boşluq olduğunu bildirib: 

"Yeni təhsil saytı yaratdıq. Bu sahədə ciddi boşluqlar var. Təcrübəli jurnalistlər və təhsil ekspertlərindən ibarət komandamızla yaxın günlərdə fəaliyyətə başlayacağıq. Məqsədimiz ölkə təhsil sistemində baş verən hər bir hadisəni, yenilikləri, islahatları olduğu kimi geniş ictimaiyyətə çatdırmaqdır. Bu yolda çox işlər görəcəyimizə əminik...”
XƏBƏRLƏR
BLOGLAR