Xəbər lenti

Foto 10:51 21.04.2018

Azərbaycanda macəra axtaran iki gənc itkin düşdü (FOTOLAR)

Azərbaycanda iki gənc itkin düşüb.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, söhbət ekstremal idman növü ilə məşğul olan Nüsrət Nəzərzadədən və onun dostu Aqil Təbirlidən gedir.

Bu barədə saytza itkin düşən gənclərin yaxınları məlumat veriblər.

Belə ki, Sumqayıt şəhərində yaşayan gənclər aprelin 18-də günorta radələrində məşq etmək üçün rezin qayıqla Xəzər bağları istiqamətinə yollanıblar.

Həmin tarixdən etibarən adıçəkilən gənclərdən xəbər yoxdur. Hadisə ilə bağlı FHN və 102 xidmətinə məlumat verilib. Sahil ətrafında axtarış aparılsa da, bu, heç bir nəticə verməyib.

Qeyd edək ki, Nüsrətin 17, Aqilin isə 15 yaşı var.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->