Bu gün çox sayda olmasa da, ölkədə kitab oxuyanlar var. 

Xüsusən də, dedektiv və romantik janrda yazılan kitablar böyük auditoriyaya sahibdirlər. Fəlsəfə, dram oxuyanlar da var. 

Maraqlıdır, bu gün Azərbaycanda ən çox tirajlanan, böyük auditoriyaya sahib kitablar hansılardır? 

Bakının ən böyük kitab mağazalarından biri olan kitabevim.az cebhe.info-nun sorğusunu cavablandırıb. 

Sizə müxtəlif dillərdə ən çox oxunan kitabların siyahısını təqdim edirik:

Azərbaycan dilində daha çox bu kitablar oxunur:
"Bu şəhərdə kimsə yoxdur” - Rövşən Abdullaoğlu 
"Müşfiqli günlərim” – "Xan” nəşriyyatının xatirə ədəbiyyatından 
"Cavid haqqında xatirələr” – "Xan” nəşriyyatının xatirə ədəbiyyatından
"Ağ zanbaglar ölkəsi” - Qriqori Petrov
Xalid Hüseyninin kitabları
Elxan elatlının əsərləri
"Kimyagər” - Paulo Koelyo

Türk dilində əsasən bu müəlliflərin kitabları oxunur: 
Ahmet Batman
Jojo Moes
Kahraman Tazeoglu 
Miraç Çağrı Aktaşın əsərləri

Rus dilində daha çox satılan kitablar:
"Harri Potter”
Sesiliya Ahernin müəllifi olduğu kitabları 
Agata Kristinin müəllifi olduğu kitablar
Kojo Moesin müəllifi olduğu kitablar
Çingiz Abdullayevin əsərləri

İngilis dilli nəşrlər sırasında ən çox oxunan kitablar:
"Emma”
"Drakula”
"Little prince”