Siyasət 15:34 25.05.2018

Sülh missiyası: Azərbaycanda doğulmuş erməni Bakıda (FOTO)

Azərbaycanda doğulmuş və hazırda Rusiyada yaşayan erməni Bakıya gəlib.

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Bagiryan Eduard Apkaroviçin səfərini platforma təşkil edib. 

Məlumatda bildirilib ki, E.Apkaroviç hazırda Moskvada yaşayır. O, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvüdür.