Ölkə 21:35 12.07.2018

Azərbaycanda elektrik enerjisi təchizatı 100 faiz bərpa edilib

Azərbaycanda elektrik enerjisi təchizatı 100 faiz bərpa edilib.

"Azərişıq” ASC-nin Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, sistemdə baş vermiş qəza ilə əlaqədar tətbiq olunmuş məhdudiyyət aradan qaldırılıb və ölkə boyu elektrik enerjisi təchizatı bütün istehlakçılara saat 20.20-dən etibarən 100 faiz tam bərpa edilib.