Azərbaycanda ən yaşlı qadın seçici 94 saylı Bərdə Seçki Dairəsinin 30 saylı məntəqəsinin seçicisi 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə Gülməmməd qızıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Ən yaşlı kişi seçici isə 66 saylı Biləsuvar Seçki Dairəsinin 23 saylı məntəqəsinin seçicisi, 1900-cu il təvəllüdlü Qurbanov Səftər Həsəm oğludur.

MSK sədri bildirib ki, dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən, xaricdəki seçicilər də daxil olmaqla, Azərbaycanda 5 milyon 309 min 434 seçici var. Seçicilərin 50,78 faizi qadın, 49,22 faizi kişidir.

Məcburi köçkün seçicilərin sayı 337 min 870 min nəfərdir. Məzahir Pənahov bildirib ki, məcburi köçkünlərin səs verəcəyi məntəqələr bütün ölkə üzrə pyalanıb. 

MSK sədri həmçinin qeyd edib ki, xaricdə və müvəqqəti yaradılan seçki məntəqələri də daxil olmaqla, prezident seçkiləri ilə əlaqədar 5641 seçki məntəqəsi fəaliyyət göstərəcək.