Ölkə 16:12 18.05.2013

Azərbaycanda fəhlələr torpağın altında qaldı: ölən və yaralanan var


Hadisə yerində olan xilasetmə qrupu ölən fəhlənin meyitini çıxarır

Təmir-bərpa işləri aparan fəhlə torpağın altında qalaraq ölüb. EL TV-nin məlumatına görə, Bakı-Qazax magistralının Ucar rayonun Qulabənd kəndi ərazisində yolun kənarında təmir-bərpa işləri aparan fəhlələrdən biri torpağın altında qalaraq dünyasını dəyişib.

Hadisə bu gün saat 12:00 radələrində baş verib. Hazırda hadisə yerində olan Ucar rayon Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu tərəfindən ölən fəhlənin meyiti çıxarılır.

Həmçinin orada işləyən daha iki nəfər - Sumqayıt sakini, 1969-cu il təvəllüdlü Rasim Talıb oğlu Abbasov və Göygöl rayon sakini, 1961-ci il təvəllüdlü Məhəbbət Şəfəq oğlu Vəliyev xəsarət alıblar. Hazırda onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Qaynar.info