Xəbər lenti

Azərbaycanda gündəlik neft hasilatı artacaq
Ekonomiks 21:12 14.11.2019

Azərbaycanda gündəlik neft hasilatı artacaq

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) gələn il Azərbaycanda sutkalıq neft hasilatının bu illə müqayisədə orta hesabla 10 min barrel çox - 790 min barel təşkil edəcəyini proqnozlaşdırır. 

Qaynarinfo bu barədə qurumun noyabr hesabatına istinadən xəbər verir. 

Sənəddə deyilir ki, bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft və qaz kondensatı hasilatı ötən ilin müvafiq dövrünə nisbətən dəyişməyərək 780 min barel olub. Bu ilin III rübündə isə hasilat göstəricisi illik müqayisədə 10 barel azalaraq 790 min barelə düşüb. 

2019-cu ilin yekununda Azərbaycanda gündəlik neft ixracının 2018-ci illə müqayisədə 10 min barel azalaraq 790 min barel təşkil edəcəyi gözlənilir. 

Xatırladaq ki, 2016-cı ilin 10 dekabr tarixində imzalanmış sazişə görə, Azərbaycan neft hasilatını gündəlik 35 min barel azaltmaq barədə öhdəlik götürüb.  7 dekabr 2018-ci il tarixində OPEC+ ölkələrinin V nazirlər müşavirəsində həmin ilin oktyabr ayına nisbətən gündəlik hasilatı 1,2 milyon barel azaltmaq haqqında razılıq əldə olunub. Bu razılığın müddəti bu ilin iyul ayında 2020-ci ilin I rübünün sonuna qədər uzadılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->