Ölkə 18:40 17.04.2014

Azərbaycanda hansı nazirin neçə yaşı var? - SİYAHI

“Media forum” saytı Azərbaycanda nazir postu tutan şəxslərin orta yaşını hesablayıb: orta yaş 56-dır. 

Azərbaycanda 20 nazir var. Onların ən cavanı təhsil naziri Mikayıl Cabbarov (38 yaş), ən yaşlısı energetika naziri Natiq Əliyevdir (67 yaş).

Elmar Məmmədyarov - xarici işlər naziri (54 yaş)
Ramil Usubov - daxili işlər naziri (66 yaş)
Eldar Mahmudov - milli təhlükəsizlik naziri (58 yaş)
Zakir Həsənov - müdafiə naziri (55 yaş)
Fikrət Məmmədov - ədliyyə naziri (59 yaş)
Yavər Camalov - müdafiə sənayesi naziri (65 yaş)
Samir Şərifov - maliyyə naziri (53 yaş)
Fazil Məmmədov - vergilər naziri (50 yaş)
Şahin Mustafayev - iqtisadiyyat və sənaye naziri (49 yaş)
Kəmaləddin Heydərov - fövqəladə hallar naziri (53 yaş)
Səlim Müslümov - əmək və əhalinin sosial müdafiəsi naziri (53 yaş)
Heydər Əsədov - kənd təsərrüfatı naziri (55 yaş)
Əbülfəz Qarayev - mədəniyyət və turizm naziri (58 yaş)
Mikayıl Cabbarov - təhsil naziri (38 yaş)
Oqtay Şirəliyev - səhiyyə naziri (64 yaş)
Əli Abbasov - rabitə və yüksək texnologiyalar naziri (61 yaş)
Natiq Əliyev - energetika naziri (67 yaş)
Azad Rəhimov - gənclər və idman naziri (50 yaş)
Hüseynqulu Bağırov - ekologiya və təbii sərvətlər naziri (59 yaş)
Ziya Məmmədov - nəqliyyat naziri (62 yaş).

“Media forum” saytı qeyd edir ki, Azərbaycan prezidenti İlham Əliyev 53 yaşın içindədir. Baş nazir Artur Rasizadənin 79, Milli Məclisin sədri Oqtay Əsədovun 59, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 76 yaşı var. Onların orta yaşı 66-ya bərabərdir.

Qaynar.info