Sağlamlıq 19:23 06.11.2018

Azərbaycanda hemofiliyalı xəstələr daha çox bu ərazilərdə yaşayır

Hazırda Azərbaycanda hemofiliya xəstəliyinin yayılma tezliyinə görə Bakı, Sumqayıt və Mərkəzi Aran regionu üstünlük təşkil edir.

Trend-in məlumatına görə, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnsititutunun Hematologiya kafedrasının dosenti Natella Yusifova bildirib.


N.Yusifova deyib ki, təkcə Bakıda 758, Sumqayıtda isə 77 hemofiliyalı xəstə qeydiyyata alınıb.