Ölkə 13:58 18.02.2019

Azərbaycanda hər dörd cütlükdən biri boşanır

Keçən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62484 nikah və 14857 boşanma halları qeydə alınıb.

Bu barədə Qaynarinfo-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Bu isə orta hesabla hər dörd nikahdan birinin dağılması deməkdir.

Belə ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub. Nikahlar Kəlbəcər-Laçın (əhalinin hər min nəfərinə 6,8), Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında (6,7), Bakı şəhərində (6,6), boşanmalar isə Bakı şəhərində (2,1), Kəlbəcər-Laçın (2,0), Abşeron və Yuxarı Qarabağ iqtisadi rayonlarında (1,8) ölkə səviyyəsindən yüksək olub.

Həmçinin, ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3220 nəfər gələn və Azərbaycandan 1580 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1640 nəfər təşkil edib.