İdman 12:35 11.12.2017

Azərbaycanda iki jurnalistə vəzifə verildi

Futbol üzrə Azərbaycan I divizionunun debütantı "Xəzər"də yeni təyinatlar reallaşıb. 

Qaynarinfo -nun  Fanat.az-a istinadla verdiyi məlumata görə, Bakı klubu mətbuatdan iki transfer edib.

Bir müddət əvvəl "Şüvəlan"dan ayrılan Emin Abbasov I divizion klubunda icraçı direktor təyin edilib. Əvvəllər "Xəzər TV"də işləmiş Emin Abbasov son dövrlər "CBC Sport"da şərhçilik edirdi.

ANS-in sabiq aparıcısı, "Neftçi"nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin keçmiş rəhbəri Gündüz Abbaszadə də "Xəzər"də vəzifəyə təyin edilib. O, bundan sonra klubun baş meneceri kimi fəaliyyət göstərəcək.

Xəbəri dəqiqləşdirmək üçün Gündüz Abbaszadə ilə əlaqə saxladıq. İnformasiyanı təsdiq edən Gündüz bəy həmçinin "CBC Sport"da şərhçiliyə də davam edəcəyini bildirdi.