Ölkə 15:33 17.01.2020

Azərbaycanda ilk: “Facebook” ARB telekanalının rəsmi səhifəsini təsdiqlədi (FOTO)

ARB TV-nin rəsmi səhifəsi "Facebook” tərəfindən təsdiqlənib.

Bu barədə Qaynarinfo-ya şirkətin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli məlumat verib.

O bildirib ki, Televiziya kanalları içərisində bu bir ilkdir:

"Facebook” tərəfindən ilk təsdiqlənən televiziya olduğumuz üçün qürur hissi keçirdirik. Qısa müddət ərzində biz bunu bacardıq. Bizi izləyən, bizə dəyər verən hər kəsə təşəkkürlərimizi bildiririk”.