Ölkə 16:25 15.08.2013

Azərbaycanda institut direktoru istefa verdi

Abdulla Mehrabov: "Səhhətimlə bağlı işdən çıxmaq qərarına gəlmişəm"

"Səhhətimlə bağlı işdən çıxmaq qərarına gəlmişəm”. Qaynar.info-nun verdiyi xəbərə görə, bunu "lent.az"a açıqlamasında Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov bildirib.

Onun sözlərinə görə, bununla bağlı artıq Təhsil Nazirliyinə ərizə ilə müraciət də edib: "Hələlik nazirlikdən cavab verilməyib”. İnstitut direktoru onu da bildirib ki, hazırda vəzifəsini icra edir.

Qaynar.info