DTX-nın həbs etdiyi məmurla bağlı yeni faktlar (YENİLƏNİB)

DTX-nın həbs etdiyi məmurla bağlı yeni faktlar (YENİLƏNİB)

Məşhur iş adamı Zaman İsgəndərovun nəvəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbs olunması ilə bağlı yeni faktlar üzə çıxıb.

"Qaynarinfo" ölkə.az-a istinadən xəbər verir ki, 04 noyabr 2017-ci il tarixində Astara rayonunun hərbi komissarı Kənan İsgəndərov barəsində məhkəmə tərəfindən 3 aylıq həbs qərarı verilib.

Kənan İsgəndərov Dövlət Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalar nəticəsində həbs olunub. O, Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Kənan İsgəndərov təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun oğludur.
 
***
10.04
 
Məşhur iş adamı Zaman İsgəndərovun nəvəsi Kənan İsgəndərov həbs olunub.

"Qaynarinfo" "qafqazinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl  K. İsgəndərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi vəzifəsini daşıyan K.İsgəndərov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunur.

Həbs olunan şəxs təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun oğludur.


Qaynarinfo.Az
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR