Ekonomiks 16:55 08.10.2013

Azərbaycanda kimlərə 200 milyon pul ayrılacaq?


Fondda üst-üstə 1 488,0 mln. manat vəsait ehtiyatı yaranacaq.

Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsində Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) 150,0 mln. manat (təxminən 200 mln. dollar) və yaxud 2013-cü ilin analoji proqnozuna uyğun həcmdə vəsaitin ayrılması nəzərdə tutulub.

APA-Economics-ə istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı”nda deyilir. Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən (2014-cü il nəzərə alınmaqla) dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına Fondda üst-üstə 1 488,0 mln. manat vəsait ehtiyatı yaranacaq.

Bunun 831,0 mln. manatı dövlət büdcəsi hesabına, 657,0 mln. manatı isə verilmiş kreditlərin qaytarılmasından daxil olan vəsaitlər hesabına həyata keçiriləcək.

Qaynar.info