Ölkə 20:30 05.10.2017

Azərbaycanda kişilər də zorakılığa məruz qalırlar

“Məişət zorakılığı ilə bağlı məlumat bankına toplanmış məlumatların təhlili nəticəsində məlum olub ki, 85,5 faiz qadın zorakılığa məruz qalır”.

"Qaynarinfo"nun APA-ya istinadən xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova deyib.

O bildirib ki, Azərbaycanda kişilər də zorakılığa məruz qalırlar: “Ailə daxilində hər bir insan zorakılığa məruz qala bilir, o cümlədən də kişilər..."

A. Veysəlova yetkinlik yaşına çatmayan uşaqların da zorakılığa məruz qaldıqlarını deyib.

Qaynarinfo.Az