Azərbaycanda 45 yaşdan yuxarı piylənmədən əziyyət çəkən qadınların sayı kişiləri üstələyib.
 
Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, artıq çəkisi olan qadınlar ən çox 65 yaşından yuxarı olanlardır.
 
Belə ki, Azərbaycanda 20-44 yaşlı qadınların 3.8 faizi (əvvəlki illə müqayisədə 2 faiz artım), 45-64 yaşlı qadınların 15.6 faizi (əvvəlki illə müqayisədə 1 faiz azalıb), 65 yaşdan yuxarı qadınların 16 faizi (əvvəlki illə müqayisədə 3 faiz artıb)faizi artıq çəkidən əziyət çəkir.
 
Belə ki, Azərbaycanda 20-44 yaşlı kişilərin 4.4 faizi, 45-64 yaşlı kişilərin 12.8 faizi, 65 yaşdan yuxarı kişilərin 11.8 faizi artıq çəkidən əziyət çəkir.
 
Statistik göstəricilərdən göründüyü kimi, ölkəmizdə 45 yaşdan sonra köklükdən əziyyət çəkən xanımların sayı, kişiləri üstələyib.
 
Qeyd edək ki, 2015 ilin yanvar ayınadək Azərbaycanda 20-44 yaşlı artıq çəkidən əziyyət çəkən qadınların 3.6 faizi, 45-64 yaşlı qadınların 15.7 faizi, 65 yaşdan yuxarı 15.3 faiz olub.