Ölkə 11:50 23.12.2017

Azərbaycanda körpələrə ən çox qoyulan adlar - İLİN YEKUNU

2017-cı ildə Azərbaycanda körpələrə ən çox hansı adların verildiyi məlum olub.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu il ərzində doğulan körpələrə qoyulan adlar arasında üstünlük yenə Yusif (2839) və Zəhraya (2700) verilib.

Doğulan körpələrə verilən adlar arasında Əli (2102), Nuray (2072), Hüseyn (1937), Zeynəb (1620), Məryəm (1619), Ömər (1582), Aylin (1508), Fatimə (1499), Məhəmməd (1423), Uğur (1423), Mələk (1426), Murad (1228), Ayxan (1091), Ayan (1076) adları da üstünlük təşkil edib.

Bundan başqa, uşaqlara ən çox verilən adlar arasında Xədicə (892), Mədinə (923), Dəniz (1381), Leyla (854), Tunar (845), İbrahim (840), Gülay (730), İnci (731), Ümid (722), Fidan (648), Raul (630), Banu (640), Nilay (501), Əsma (474), Amin (418), Adəm (339) kimi adlar da yer alıb.

Bu il köroələrə Əsnad (248), Sevgi (202), Elif (188), Günəş (178), Nihan (138), Milana (112), Sunay (104), Selin (100), Jasmin (99), İlknur (96), Səmra (85) kimi maraqlı adlar da verilib.

Ötən ilə nisbətdə verilmə sayı artan adlardan daha çox diqqəti Damla adı çəkir. Bu ad ötən il 653, bu il isə 1068 körpəyə qoyulub.