Ölkə 23:05 19.06.2019

Azərbaycanda ölüm səviyyəsi azalıb

Azərbaycanda cari ilin dörd ayı ərzində dünyasını dəyişən şəxslərin sayı açıqlanıb.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-aprel aylarında ölkədə 20 min 135 ölüm halı qeydə alınıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3-dən 6,2-yə qədər azalıb.