Video 08:44 17.07.2019

Azərbaycanda maraqlı toy: hər şeyi oğurladılar (VİDEO)

Günün günorta çağı evə girib əllərinə keçəni - toyuq-cücəni, qab-qacağı oğurlayırlar.

Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, oğurladıqları qəniməti də özləri ilə aparırlar...

Bütün bu hadisələr isə ev sahibinin gözü önündə baş verir. Sonda oğurlanan malla rəqs edib, sahibindən halallıq alınır.

Görüntülər Tovuz rayonunda təşkil olunan toyların birindəndir. Burda bəyin yaxınları qız evindən oğurluq etmədən getmirlər.

Oğurluq edənlər isə adətən bəyin dostları olur.

Yerli sakinlərin sözlərinə görə, əvvəllər, hətta iribuynuzlu heyvanları da oğurlayıblar. Bu cür adətlər yüz illərdir ki, davam edir.