Ekonomiks 11:47 17.07.2018

Azərbaycanda maşın nömrələri ilə bağlı mühüm yenilik

"Yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları artıq hərrac yolu ilə satılacaq".

Qaynarinfo xəbər verir ki, bu sözləri yol üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov qeyd edib. O bildirib ki, bu barədə yeni qanun dərc ediləcək:

"Bildiyiniz kimi, 001, ..., 100, ..., 111, .... rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulur. "Dövlət rüsumu haqqında" Qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə Prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Yəni nömrələr üçün konkret göstərilən məbləğdə deyil, hərrac nəticəsinə uyğun məbləğdə pul alınacaq. Belə güman etmək olar ki, təkcə göstərdiyim üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satılacaq”.

Həmçinin adi nömrələr üçün nəzərdə tutlan 22 manat rüsum artıq 35 manat olacağını bildirən ekspert qanunun bu gün ediləcəyinə baxmayaraq, hələ tətbiq edilə bilməyəcəyini deyib:

"Çünki yeniliklərin tətbiqi üçün həm "Yol hərəkəti haqqında" Qanuna da dəyişiklik edilməlidir, həm də qeyd etdiyim hərrac qaydaları hazırlanaraq Prezident fərmanı ilə təsdiqlənməlidir.