Ölkə 21:10 13.11.2018

Azərbaycanda məşhur cərrahlar arasında qalmaqal yaşanır

Əvvəllər dost olan estetik cərrahlar bir-birini ittiham edirlər

Azərbaycanda məşhur estetik cərrah öz həmkarından polisə şikayət edib.

Qaynarinfo-nun  "Report"a istinadla məlumatına görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən estetik cərrah Siruz Qoçxani bildirib ki, həmkarı Pərviz Əhmədov cərrahi əməliyyatlardan əvvəl və sonra çəkilən və ona məxsus peşə fəaliyyətində xüsusi önəm kəsb edən şəkilləri icazəsiz və qanunsuz olaraq ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.

S.Qoçxani Baku Medical Plaza xəstəxanasında çalışır. Əvvəllər S.Qoçxani və P.Əhmədov arasında münasibətlər yaxın olub.

Qeyd edək ki, hər iki həkimin adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.