Ölkə 11:54 21.10.2013

Azərbaycanda məzuniyyətə gedən əsgər qəza törətdi - XƏSARƏT ALANLAR VAR


Azərbaycanda əsgər ağır qəza törədib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 110-cu kilometrliyində qeydə alınıb.
 
Qax rayon sakini Ruslan İsa oğlu Rəsulov idarə etdiyi “Opel” markalı, 10 SD 295 dövlət nömrə nişanlı avtomobili yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və maşında olan sərnişinlər - Fəxrəddin Nadirov, Gülağa Nadirov və Nazlı Nadirova ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
 
Qeyd edək ki, qəza törədən sürücü R. Rəsulov Daxili Qoşunların əsgəridir. Onun idarə etdiyi avtomobil atasına məxsus olub. O, məzuniyyətə gedirmiş.

Qaynar.info