2019-cu ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 776,4 milyon manatlıq xidmət göstərib.
Qaynarinfo-nun məlumatına görə, göstərilən xidmətin 72,7 faizi əhali tərəfindən istehlak olunub.
2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 737,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Şərhlər