Foto 11:21 19.06.2018

Azərbaycanda motel satışa çıxarıldı: 1 manata satılır (FOTOLAR)

Şəkinin mərkəzində yerləşən motel cəmi 1 manata satışa çıxarılıb.

Qaynarinfo axar.az-a  istinadən xəbər verir ki, 10 otaqlı motelin dəqiq qiyməti məlum deyil.

Banket zalı, qarşısında dükanlar və bir sıra obyektlər olan motel uzun illərdir istifadədədir. Hazırda sahibi tərəfindən satışa çıxarılan motelin qiyməti barədə əlavə məlumat veriləcəyi bildirilb.

Xatırladaq ki, Azərbaycanda nadir hallarda olsa da, dünyada belə satış praktikasından çox istifadə edilir. Belə ki, milyonlarla dəyəri olan mülk müəyyən dövr ərzində simvolik qiymətə satışa təqdim edilir. Mülkü əldə etmək istəyənlərin (bir şəxs istədiyi qədər sifarişçi ola bilər) sayı mülk sahibini qane edən səviyyəyə çatdıqdan sonra onların arasında onlayn lotereya oynanılır.

Qalib bir manata villaya sahib olur, villa sahibi isə lotereyadan toplanan vəsaitlə mülkünün dəyərini əldə edir.