Ekonomiks 11:38 13.02.2014

Azərbaycanda müstəqil orqan yaradılır


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu ilin sonunadək telekommunikasiya sahəsində müstəqil tənzimləyici orqanın işini təşkil etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə nazir Əli Abbasov bildirib.

Onun sözlərinə görə, işlərin nazirlikdəki ümumi islahatlar çərçivəsində həyata keçirilməsi planlaşdırılır: "Hazırda nazirlik yanında Tənzimləyici Departament fəaliyyət göstərir. Biz onun öz nizamnaməsi ilə müstəqil fəaliyyət göstərməsini və bazardakı tənzimləmə məsələlərində nazirlikdən maksimum az asılı olmasını istəyirik".

Qaynar.info