Xəbər lenti

Azərbaycanda namus üstündə dəhşətli qətl - FOTOLAR
Ölkə 11:46 16.09.2013

Azərbaycanda namus üstündə dəhşətli qətl - FOTOLAR


Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 33 yaşlı Qarazəncir kənd sakini Elnur Mirzə oğlu Mirzəyev 18 yaşlı Niyaməddin Əyyub oğlu Bayramovu boğub öldürüb.

Belə ki, Elnur Mirzəyev Niyaməddinin yaşadığı evə gələrək onu “VAZ-2107” markalı avtomobilə otuzdurub ucqar kəndə aparıb. Elnur Mirzəyev üzərindəki kəməri Niyaməddin Bayramovun boğazına keçirərək onu boğub. Qətli törətdikdən sonra Elnur Daxili İşlər Nazirliyinin “102” xidmətinə törətdiyi cinayət barəsində məlumat verib. Hadisə yerinə gələn Cəlilabad rayon polis şöbəsinin əməkdaşları mərhum Niyaməddin Bayramovun meyitni deyilən ərazidə aşkar ediblər.

Hadisənin baş vermə səbəblərinə gəlincə, 18 yaşlı Niyaməddin bir müddət əvvəl Elnurun qardaşı qızını qaçırıb. Lakin qısa müddətdən sonra onlar ayrılıb. Elnur boşanmış qardaşı qızının qisasın almaq üçün bu qətli törətdiyi bildirib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. İstintaq araşdırmaları davam etdirilir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->