Ölkə 18:06 13.11.2018

Azərbaycanda nazir müavini işdən çıxarıldı

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, İlqar Rəhimov 10 gündür tutduğu vəzifədən kənarlaşdırılıb.

Qeyd edək ki, İ.Rəhimov 1999-cu ildən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin I müavini vəzifəsində çalışıb. 1999-cu ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti olub.