Ölkə 20:19 17.06.2019

Azərbaycanda nə qədər əcnəbi təhsil alır?

Azərbaycanda ali təhsil alan əcnəbi gənclərin sayı 17 faiz artıb.

Bu barədə Qaynarinfo-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari tədris ilində ölkəmizdə ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 86 ölkədən 6 min 4 nəfər təşkil edib.