Ölkə 12:30 18.02.2018

Azərbaycanda nəqliyyat qiymətləri ucuzlaşıb

2018-ci ilin yanvar ayında nəqliyyat xidmətlərinin qiymətləri 2017-ci ilin dekabr ayına nisbətən 0,3 faiz, o cümlədən sərnişindaşıma xidmətlərinin qiymətləri 3,0 faiz ucuzlaşıb, yükdaşıma xidmətlərinin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ay ərzində poçt və kuryer xidmətlərinin və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.