Ekonomiks 20:07 16.06.2019

Azərbaycanda orta aylıq əmək haqqı nə qədərdir?

Azərbaycanda orta aylıq nominal əmək haqqı 581,2 manat (cari məzənnə ilə $341,9 – İF-Az) təşkil edir ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 7,9% çoxdur. 

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya, rabitə, peşə, elmi və texniki fəaliyyət, nəqliyyat, anbar təsərrüfatı və tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.