Ekonomiks 09:07 10.10.2018

Azərbaycanda oxşar adlarla 3 şirkət yaradıldı

Azərbaycanda oxşar adlarla 3 şirkət yaradılıb.

Qaynarinfo xəbər verir ki, Vergilər Nazirliyi "Suldus Agro”, "Suldus Trade” və "Suldus Petrol” MMC-ləri qeydiyyata alıb.

Hər 3 şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 2, mənzil 26, nizamnamə kapitalı isə 10 min manatdır. Şirkətlərin qanuni təmsilçiləri müvafiq olaraq Səməd İlman oğlu Əhmədov, Qasım Cabbar oğlu QuliyevRasim Qalibiyyət oğlu Babayevdir

Vergilər Nazirliyi həmçinin "Esstcon” MMC-ni də dövlət qeydiyyatına alıb. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 138A, mənzil 51, nizamnamə kapitalı 33 min manat, qanuni təmsilçisi isə Tərlan Adil oğlu Əsədullayevdir