İdman 23:47 14.03.2018

Azərbaycanda oynamış futbolçu istefa verdi

Oqtay Dərəlioğlu xeyli müddətdi çalışdırdığı 1-ci liqa klubu ilə yollarını ayırıb. 

Qaynarinfo xəbər verir ki, artıq klub rəhbərliyi onun istefasını qəbul edib. Qaziantep təmsilçisi hətta yeni baş məşqçi də tapıb. Dərəlioğlunu Faik Dəmir əvəzləyib.

Xatırladaq ki, Dərəlioğlu bu ilin yanvar ayında sözügedən komandaya baş məşqçi təyin olunmuşdu. Lakin onun bir müddət öncə heyətdəki əksər təcrübəli futbolçuları komandadan uzaqlaşdırması klub rəhbərliyi ilə fikir ayrılığına səbəb olub. Belədə o, istefa vermək məcburiyyətində qalıb.

O.Dərəlioğlu futbolçu karyerası dönəmində, 2004/05 mövsümündə "Xəzər Lənkəran”da oynayıb.