Ölkə 11:36 16.05.2018

Azərbaycanda partiya sədrinə 10 il həbs tələbi

"Azərbaycan Karlar Cəmiyyəti"nin sədr müavini Musa Tukanovun cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Tukanovun 10 il müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Proses mayın 23-də davam edəcək

Qeyd edək ki, vətəndaşların müraciətləri əsasında İctimai Birliyin sədr müavini Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqa təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məhkəmənin qərarı ilə M. Tukanov barəsində həbs qətimkan tədbiri seçilib.

M. Tukanov paralel olaraq Azərbaycanda fəaliyyəti olmayan Vahid Kommunist Partiyasının sədri vəzifəsini daşıyır.

O rüşvət almaqda  və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.