Ekonomiks 17:31 18.02.2019

Azərbaycanda pensiya yenə artacaq (RƏSMİ)

Azərbaycanda pensiyalar yenidən artacaq.

Qaynarinfo bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. 

Nazir bildirib ki, yaxın aylarda indeksasiya nəticəsində orta aylıq əmək pensiyası 5% artacaq. Bundan sonra orta aylıq pensiya məbləği 222 manatdan 228-229 manata, yaşa görə orta aylıq pensiya isə 240 manatdan 250 manata qalxacaq.