Ekonomiks 21:35 05.10.2018

Azərbaycanda problemli kreditlərlə bağlı son vəziyyət necədir?

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 772,4 mln. manat təşkil edib.

Qaynarinfo Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,5% azdır. İlin əvvəlinə nisbətən problemli kreditlər 9% artıb, ötən il sentyabrın 1-nə nisbətən isə 2,8% azalıb.

Avqustun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,4% təşkil edib. Bu nisbət iyulun sonuna 14,6%, ötən ilin sonuna 13,8%, ötən il avqustun sonuna isə 14,7% təşkil edib.