Ölkə 11:44 16.12.2017

Azərbaycanda qadağan olunmuş it satılır: 10 min manata (FOTO)

Azərbaycanda alış-veriş saytlarının birində "it satılır” elan yerləşdirilib. 

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, şəxsi əşyalarını və ya mülklərini satmaq üçün istifadə olunan saytda qadağan olunmuş it növünün satış elanı verilib.

Elan sahibi "Volkodav” cinsli it üçün 10 min manat qiymət qoyub. Sahibinin bildirdiyinə görə qarışığı olmayan, təmiz növdür. 

Qeyd edək ki, alimlərin fikrincə yarı it, yarı canavar olduğu üçün bəzi hadisələrə canavar kimi reaksiya verərək vəhşiləşə bilir. Bu səbəbdən də bu itlərin ev iti kimi saxlanılması bəzi ölklərdə qadağan edilib.