Ölkə 12:50 19.04.2014

Azərbaycanda qəzet redaktoru əməkdaşına təcavüz edib

Nəşrin baş redaktoru saxlanılmayıb.
Binəqədi rayonunda zorlanma hadisəsi qeydə alınıb.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu haqda Binəqədi rayon Polis İdarəsindən bildiriblər.
Rayonun 5-ci polis bölməsinə 28 yaşlı Bakı sakini Sevinc Rəhmanova (etik normalara görə ad dəyişdirilib) ərizə ilə müraciət edərək, bildirib ki, Ziya Bünyadov prospektində yerləşən “M...” qəzetinin redaksiyasında, 10 aprel tarixində təcavüzə uğrayıb. 
S.Rəhmanovanın sözlərinə görə, onu nəşrin baş redaktoru 25 yaşlı S zorlayıb. 
Polisdən verilən məlumata görə S-nin günahı sübut olunmayıb, ona görə də hələ ki, saxlanılmayıb. Eləcə də istintaq nəyə görə zərərçəkənin polisə 9 gün sonra müraciət etməsini aydınlaşdırmağa çalışır. Təcavüz faktını isə sübut etmək çətin olacaq, belə ki, çox zaman keçib.
Qaynar.info