Ölkə 21:35 16.03.2018

Azərbaycanda rəsmi işsizlərin sayı məlum oldu

2018-ci il mart ayının 1-nə olan vəziyyətə görə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,7 min nəfər olub.

Bu haqda Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, onların 36,5%-ni qadınlar təşkil edib. İşsizlik müavinətinin orta məbləği 361,3 manat olub.

Muzdla işləyənlərin sayı 1508,4 min nəfər təşkil edib.