Ekonomiks 17:04 24.06.2014

Azərbaycanda saxta pullar dövriyyədədir - Nazirlik

Lənkəranda iki nəfərdə külli miqdarda saxta pul aşkarlanıb. 

Qaynar.info Daxili İşlər Nazirliyinin mətbuat xidmtəinə istinadən verdiyi məlumata görə, əməliyyat Lənkəran rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat nəticəsində Liman şəhərinin ərazisində Bakı şəhər sakini Cavidan Həsənovdan və Şərur rayon sakini Əsgər Abbasovdan 343 ədəd 50 manatlıq, 26 ədəd 100 manatlıq saxta əsginas aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info