Ölkə 10:07 06.10.2017

Azərbaycanda sel evi uçurdu, qadın çətin vəziyyətdə qaldı (VİDEO)

Lənkəranda çayının daşması nəticəsində yaşlı qadın köməksiz vəziyyətdə qalıb. 

"Qaynarinfo" baku.ws-ə istinadən xəbər verir ki, yağış suları qadının yaşadığı evi uçurub. Nəticədə qadın evsiz çöldə kömək gözləyib. 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri cəlb olunub. Köməksiz vəziyyətdə qalan qadını xilas ediblər. 

Qaynarinfo.Az