Foto 19:53 29.11.2018

Azərbaycanda serial çəkilişində təhlükəki anlar (FOTOLAR)

ARB-də yayımlanan "Könül yarası" serialının çəkiliş heyəti çətin anlar yaşayıb.

Qaynarinfo Baku.ws-yə istinadən xəbər verir ki, serialın çəkilişlərində aktyorlar Badamdar qəsəbəsi ərazisində uçurumdan yıxılmaq təhlükəsi ilə üzləşiblər. 

Hava şəraitininin pis olması nəticəsində gərgin anlar yaşanıb. Çəkiliş heyəti və balaca aktrisa qız uçurumdan yıxılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Serialın operatoru Seymur qorxu dolu anlar yaşadıqlarını bildirib:

"Hava çox soyuq və küləkli idi. Biz də uçurumda idik, intihar səhnəsini çəkirdik. Elə an yaşandı ki, az qala uçurumdan yıxılacaqdıq. Allaha şükür hər şey yaxşı qurtardı".
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!