Ekonomiks 22:20 13.07.2018

Azərbaycanda son 1 ildə boşanmaların statistikası

2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən  22489 nikah və 6177 boşanma halları qeydə alınıb.

Qaynarinfo Dövlət  Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.

Ötən ilin 5 ayı ilə müqayisədə nikahların sayı 2,4%, boşananların sayı 0,5% azalıb.

Qeyd edək ki, 2017-ci ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23044 nikah və 6207 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə  nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.