Ölkə 20:00 21.06.2018

Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 7%-ə yaxın artırılır

Bu ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminata ayırmalar 6,6% artırılaraq 2 343,047 mln. manata çatdırılacaq.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu, "2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində nəzərdə tutulub.

Sənədə əsasən, artım sosial müdafiə xərclərinin 145,865 mln. manat və yaxud 6,7% artırılaraq 2 163,42 mln. manat olması hesabına planlaşdırılır.