Azərbaycanda  tanınmış meyxanaçının ayaqları tutuldu.

Qaynarinfo-nun unikal.org-a istinadən məlumatına  görə, tanınmış meyxanaçı İntiqam Rüstəmovun ayaqları tutulub. O, paytaxda yerləşən özəl klinikalardan  birinə yerləşdirilib. Müayinə zamanı məlum olub ki, meyxanaçı  bir  müddət əvvəl belində yırtıq yarandığından əməliyyat olunub.  Əməliyyat səhv edildiyindən İntiqam Rüstəmovun belində olan yırtığ 9 millimetrdən 30 millimetrə qədər yüksəlib. Bu səbəbdən meyxanaçının  tutulub. Bu gün xəstəxanaya yerləşdirilən İ.Rüstəmov cərrah Əli  Osmanbəyli tərəfindən yenidən əməliyyat olunub.

Hazırda ifaçının  səhhətinin normal olduğu bildirilir.